"Əgər, onu ailəm qəbul etməsəydi..." - EMİN BOŞANMA SƏBƏBİNİ AÇIQLADI
    • 18-06-2020, 16:48
    • 1 407

"Əgər, onu ailəm qəbul etməsəydi..." - EMİN BOŞANMA SƏBƏBİNİ AÇIQLADI

Xalq artisti Emin Ağalarov keçmiş həyat yoldaşı Alyona Qavrilova ilə ayrılması ilə bağlı suallara cavab verib.

News24.az xəbər verir ki, ayrılıq qərarı virusa yoluxmazdan əvvəl verilib: "Bu, özəl səbəbdir. Bunu açıqlamayacam. Xoş münasibətlə ayrıldıq. Birlikdə övladımız var, yaxşı valideyn olmaq istəyirik. Əlaqədə olmalıyıq ki, uşaq aramızda müharibə, anlaşılmazlıq olduğunu hiss etməsin. Əminəm ki, Alyona ilə ayrılan böyük və övladı olan insanlar kimi münasibət qura biləcəyik. Bu qərarı kimin verdiyini deməyəcəm. Əsas odur ki, qərar verildi və gerçəkləşdirildi".

Müğənni iki dəfə ailəsinin uğursuz alınmasına isə belə reaksiya bildirib: "Optimist insanam. Düşünürəm ki, yaxşı variant olacaq. Düşünürəm ki, sevgi və anlayış yoxdursa, xoşbəxt olmayacağıq. Həyata bir dəfə gəlirik və yaşamalıyıq. Xoşbəxtlik yoxdursa, böyük insanlarıq, münasibəti bitirməliyik. Uşaq Alyona ilə qalır. Balacadır, anası ilə qalmalıdır. Hər gün gəlir və onla vaxt keçirirəm. Qızım böyüyüb, niyə ayrıldığımızı soruşsa, onu həqiqətləri deyəcəm. Anası da məncə doğrunu söyləyəcək".

"Hər zaman deyirlər ki, Emin şorgözdür. Gizli eşqlər yaşayıb. Xəyanət edir, bir qız belə buraxmır" sözlərinə ifaçı "Şayiədir... Etməmişəm. Məni tanıyırsan. Məni fərqli yerlərdə görmüsən. "Jara" da belə izləmisən. Hamı ilə mehriban davranıram. Hətta zarafatlar edirəm. Evlilik ərəfəsində heç bir gizli münasibət yaşamamışam" reaksiyasını verib.

Ağalarov valideynlərinin Alyona ilə nikahını qəbul etməməsini yalan adlandırıb: "Əgər, onu ailəm qəbul etməsəydi, toy olmazdı. Anam tərəfdən heç bir sual olmayıb. Atamın isə sualları olubsa da, evləndiyim ərəfədə hər şey aydınlaşıb".

Sevda Bayramova