Hande Harmancı Trampın tənqidlərinə MÜNASİBƏT BİLDİRDİ
    • 25-06-2020, 17:41
    • 748

Hande Harmancı Trampın tənqidlərinə MÜNASİBƏT BİLDİRDİ

"Ümumdünya Səhiyyə Təşkilatına 194 üzv ölkə var. ABŞ-da onlardan biridir. ÜST-ə üzv olan ölkələrin hər biri əhalisinin sayına və iqtisadi inkişafına görə təşkilata aylıq üzvlük haqqı ödəyirlər". 

News24.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı ABŞ prezidenti Donald Trampın təşkilatı tənqid etməsinə münasibət bildirərkən deyib. H.Harmancı bildirib ki, bəzi ölkələr aylıq ödənişdən əlavə olaraq ÜST-ə maddi cəhətdən dəstək olurlar: "ABŞ indiyədək və ənənəvi olaraq illərdir ÜST-ə ən yüksək maddi yardımd edəm ölkələrdən biridir. Bu günə qədər onlarla iş birliyimiz çox dərin olub. Onlar təşkilata mütəxəssislərini göndərirlər, təlimatların hazırlamasında kömək edirlər. Ümid edirik ki, ABŞ-la işbirliyimiz davam edəcək".