Gömrükdən dərman preparatları keçirmək İSTƏDİ
    • 27-06-2020, 14:17
    • 680

Gömrükdən dərman preparatları keçirmək İSTƏDİ

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda iki fakt üzrə dərman preparatları və siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

News24.az xəbər verir ki, Baş idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi “Mercedez Benz Actros” və “DAF” markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib.
 
Yoxlama zamanı nəqliyyat vasitələrindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2060 ədəd “Parliament Heets”, 200 ədəd “Marlboro micro”, 1180 ədəd “King” markalı siqaretlər və 276 həb müxtəlif adda dərman preparatları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.