-
- 1-07-2020, 16:08
- 695
“Azərsu”nun sədri su çatışmazlığı və itkilərin səbəblərinə aydınlıq gətirildi
“Son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, bu göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə artıb. Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür”.
News24.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə çıxış edən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.
O bildirib ki, 2013-2019-cu illərdə 7 min 390 binada binadaxili içməli su xətti yenilənib: “3 min 350 binanın kommunikasiyası işlənib, 4 min 40 binanın kommunikasiyası hələ işlənməyib. Zirzəmisi olan 6 min 53 binada tullantı su xətləri yenilənib, 3 min 55 binanın zirzəmisi təmir olunub. Suyun keyfiyyəti də ildən-ilə yaxşılaşdırılır”.
“Azərsu”nun sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb: “Bu sırada magistral kəmərlər şəbəkə kimi istifadə edilir, sayğacdankənar istifadə halları, ictimai bulaqlar, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunması, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd etmək olar”. /APA/