Əfqanıstan prezidentinin nümayəndəsi koronavirusdan öldü
    • 4-07-2020, 12:51
    • 452

Əfqanıstan prezidentinin nümayəndəsi koronavirusdan öldü

Əfqanıstan prezidenti Əşrəf Qaninin İqtisadiyyat, Ticarət İnkişafı və Yoxsulluğun Azaldılması üzrə xüsusi nümayəndəsi Məhəmməd Yusif Qəzənfər koronavirusdan ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gündür xəstəxanada müalicə olunan M.Y.Qəzənfər ötən gün axşam saatların vəfat edib.