Bakıda bazarda gizli fəaliyyət göstərən kafe aşkarlandı, 8 qadın saxlanıldı  - FOTO
    • 8-07-2020, 12:24
    • 743

Bakıda bazarda gizli fəaliyyət göstərən kafe aşkarlandı, 8 qadın saxlanıldı - FOTO

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb. 

News24.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.