Səmra ona görə gecə-gendüz "Online"dır - VİDEO
    • 9-07-2020, 09:38
    • 498

Səmra ona görə gecə-gendüz "Online"dır - VİDEO

Gənc müğənni Səmra Rəhimli hip-hop janrında yaradıcılıq axtarışlarını davam etdirir. 

News24.az xəbər verir ki, ötən gün müğənni "GÖZ" adlı yeni albomundan ilk sinqılı "Online"-nı təqdim edib.

Müğənninin sözlərinə görə, trek məşhur repçi "XXXTENTACION"-ın hiti olan "MOONLIGHT"-dan ilhamlanıb və vəfat etmiş reperlərin xatirəsinə həsr edib.

Səmranın bütün layihələrinin və bu albomun prodüseri müğənninin anası İlahə Baxşiyevadır.

Bir ildir üzərində işlədiyi yeni albomundan bəhs edən müğənni, Azərbaycanda ilk qadın hip-hop albomu olduğu üçün yerli şou-biznesdə heç bir oxşarlığının olmadığını vurğulayıb.

Mahnının sözləri Clavis-ə və OD-a, musiqisi OD-a, aranjımanı Clavis-ə, miks isə Drek-ə məxsusdur.

Səmra bildirib ki, Hip-hop bir janr olaraq onu həmişə məni cəlb edib:"Hətta məktəb illərində rep oxumuşam, amma ingilis dilində o vaxtkı populyar reperləri dinləyib, ardından təkrarlayırdım. Bu janr məni özündə saxlayırdı və mən həmişə anamla danışırdım. Deyirdim ki, görəsən bu parçaların Azərbaycan sözləri ilə necə səslənəcək, dinləniləcəkmi, tamaşaçılar onları sevirlərmi?"

İfaçı qeyd edib ki, həmişə keyfiyyətli məzmun yayımlamağa, dünənkindən daha yaxşı olmağa çalışır:"Bəlkə də sözlərim çoxları üçün təvazökar görünməyəcək, amma tam məsuliyyətlə bəyan edirəm ki, "GÖZ" Azərbaycan şou-biznesində yeni bir işdir. Bu formatdakı ilk qadın layihədir...
Komanda ilə birlikdə, necə deyərlər, zövqü uzatmağa qərar verdik və buna görə də bütün albomu tamamilə rəqəmsal platformaya yükləmədik".