Koronavirusdan sağalanlar yaşadıqlarını danışdılar - Boğulma, halsızlıq, pnevmoniya - VİDEO
    • 10-07-2020, 12:21
    • 521

Koronavirusdan sağalanlar yaşadıqlarını danışdılar - Boğulma, halsızlıq, pnevmoniya - VİDEO

Koronavirus infeksiyasındandan sağalanlar evlərinə buraxılırlar.

News24.az xəbər verir ki, koronavirusa yoluxanlardan bəziləri xəstəliyi gec aşkarladıqlarını bildiriblər.

Sağalan şəxslər xəstəliyin çox ağır keçdiyini, bu səbəbdən tövsiyələrə əməl etməyin vacib olduğunu vurğulayıblar.

Həkim-infeksionist Firdovsi Məmmədov bildirib ki, sağalan xəstələrin müayinəsi bundan sonra da davam edəcək. Yenidən virusa yoluxmamaq üçün həmin şəxslərə həkimlər öz tövsiyələrini veriblər.

Firdovsi Məmmədov onu da qeyd edib ki, son həftələrdə gələn xəstələr əvvəlkilərə nisbətən daha ağır olur.

Koronavirusa qalib gəlməyin yeganə yolu qaydalara əməl etmək və məsuliyyətli davranmaqdır.

"Xəzər Xəbər"in hazırladığı süjeti təqdim edirik: