Azərbaycanda KORONAVİRUSDAN ÖLƏN 8 NƏFƏRİN İKİNCİ XƏSTƏLİYİ DƏ OLUB
    • 8-04-2020, 18:50
    • 619

Azərbaycanda KORONAVİRUSDAN ÖLƏN 8 NƏFƏRİN İKİNCİ XƏSTƏLİYİ DƏ OLUB

Azərbaycanda 83 yaşında şəxs koronavirusdan sağalıb. 

News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların arasında 2 yaşından 90 yaşınadək olan xəstələr var: “Bir daha qeyd edim ki, yoluxmaların sayının artması sosial məsuliyyətsizliklə bağlıdır. Onu da qeyd edim ki, 2 yaşından 90 yaşına qədər virusa yoluxanlar var. Eyni zamanda, sağalanlar arasında 82 yaşlı pasiyentimiz də var. Orqanizmdən asılı olaraq xəstəliyin gedişi fərqli olur. Beynəlxalq təcrübə araşdırılır. Təcrübə göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edir. Bizdə də vəziyyət belədir. Hədəfimiz də odur ki, yaşlıları qoruyaq”.