Hikmət Hacıyev:
    • 10-07-2020, 17:46
    • 473

Hikmət Hacıyev: "Özüm də ictimai nəqliyyatdan istifadə edirəm"

Mən özüm də ictimai nəqliyyatdan istifadə edirəm. İstəsəniz kartımı da sizə göstərə bilərəm. 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib:"Bəli avtobuslarda sıxlıq müşahidə edildi. Metronun bağlanması yoluxmalarla bağlı olub. Avtobuslarda müəyyən sıxlıq var, vizual müşahidələrdə də bu, onu göstərir. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında tələb qoyulub ki, avtobusların, o cümlədən ekspress marşrutlardakı avtobusların sayı artırılsın. Avtobusların sayı təhlil edilir. Həmçinin, vətəndaşların sıxlığına yol verməmək üçün iş saatlarında da fərqli vaxtlar tətbiq olunub. Özəl sektora da müraciət olunub ki, vətəndaş sıxlığının qarşısını almaq üçün iş saatına başlama saatları dəyişdirilsin”.

Afaq Mirayiq