Suraxanıda təmir sexi yandı - XƏSARƏT ALAN VAR
    • 13-07-2020, 08:52
    • 453

Suraxanıda təmir sexi yandı - XƏSARƏT ALAN VAR

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb.

News24.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.