Bərbər və müştəriləri cərimələndi- VİDEO
    • 13-07-2020, 17:28
    • 696

Bərbər və müştəriləri cərimələndi- VİDEO

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.