Hirkan Milli Parkındakı yanğın tam söndürülüb
    • 24-08-2019, 10:03
    • 825

Hirkan Milli Parkındakı yanğın tam söndürülüb

Hirkan Milli Parkında baş verən yanğınla bağlı son vəziyyət açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.