93 minə yaxın su samuru koronavirusa yoluxdu - ÖLDÜRÜLƏCƏKLƏR
    • 17-07-2020, 09:21
    • 746

93 minə yaxın su samuru koronavirusa yoluxdu - ÖLDÜRÜLƏCƏKLƏR

İspaniya Araqon Muxtar Birliyi hökuməti 92 min 700 su samurunun (norka) məhv edilməsini əmr edib.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, heyvanlar koronavirusa yoluxub. Heyvanlar Puebla de Valverde bələdiyyəsindəki bir fermada məhv ediləcək.

İyunun 3-də heyvanlar arasında edilən testin nəticəsi mənfi olub. Lakin 22 iyun tarixində COVID-19 beş su samurunda aşkarlanıb və iyulun 13-nə qədər heyvanların 87 faizi yoluxub.

Onların xəstəliyinin asimptomatik olduğu bildirilib.

Kənd təsərrüfatı üzrə müşavir Hoakin Olonun sözlərinə görə, heyvanların öldürülməsi profilaktik tədbirin bir hissəsidir.

Qeyd edək ki, sözügedən ferma işçilərindən 7 nəfər koronavirus xəstəliyinə yoluxub.