-
- 20-07-2020, 16:48
- 1 371
"Anar "KVN", "KVN" Anar..." ƏFSANƏVİ BAKILI OĞLANI ÖMRÜNÜN 50-Cİ BAHARINDA ONSUZ ANIRIQ
"Anar "KVN", "KVN" Anar. Nə etsəm də, nə qədər uğur qazansam da, hamının yaddaşında "Bakılı oğlanlar"ın kapitanı kimi qalacağam".
Özü belə demişdi. O, həqiqətən də fəal ictimai xadim və millət vəkili oldu. Amma yenə də hər kəs onu şən və hazırcavab Anar kimi sevdi. Onu bu gün də belə xatırlayırlar. İntellektli, vətənpərvər bakılı oğlan sevənlərinin yaddaşında elə belə də qaldı. Zamanında "İnsan vaxtında gəlib, vaxtında getməlidir"- demişdi. Amma o, Azərbaycanın ictimai həyatına vaxtında gəlsə də, gedişi vaxtsız oldu. Anar Məmmədxanov ömrünün 40-cı baharında qəfil ürək tutmasından vəfat etdi.
Bu gün əfsanəvi bakılı oğlanı ömür gün yoldaşı İradə Məmmədxanova ilə yad etdik. O, mərhum həyat yoldaşı ilə bağlı xatirələrini News24.az-la paylaşdı: "Bizim Anarla bağlı böyük planlarımız var idi. Bu gün üçün onun adına bir büstün açılması və KVN turnirinin baş tutması gözlənilirdi. Lakin pandemiya səbəbindən planlarımız həyata keçmədi. Ümid edək ki, bütün arzularımız gələn il reallaşar. Sözsüz ki, biz hazırda Anarın bütün dostları ilə ailə kimiyik, onlar bizə bu illər ərzində çox dəstək olublar. Hər ilin bu günündə çoxlu mesajlar və zənglər alıram. Onların sırasında tanınmışlarla yanaşı, sadə insanlar da çoxluq təşkil edir. Ümumiyyətlə, Anar doğum gününü şən halda qeyd etməyi çox xoşlayırdı. Hər ilin bu günü bütün dostları, ailə üzvləri bir araya gəlirdi. Hətta elə vaxtlar olub ki, kimsə bağda, rayonda olsun, amma yenə də özünü bu günə gətirib çatdırırdı. İkinci belə bir şans olmurdu, hər kəs Anar üçün çalışırdı. Biz də bu ənənələri imkan daxilində davam etdiririk. İnanın ki, mənim əksər rəfiqələrim doğum günümün tarixini xatırlamır, amma Anarın nə vaxt doğulduğunu bilirlər. Hər il onu yad edib təbrik edirlər. Mənim ad günümü hər zaman Anar qeyd edərdi. Bu onun üçün özəl gün idi".
"Anar Məmmədxanovu əvəz etmək olarmı" sulaını isə həyat yoldaşı belə cavablandırıb: "Sözsüz ki, olacaq niyə də olmasın? Amma mənim ürəyimdə əvəzolunmaz kapitan yalnız Anar Məmmədxanovdur. Anar bacardığı qədər hər kəsə, xüsusilə də gənc nəslə dəstək olmağa çalışırdı. Anar kimi ikinci bir adama hələ ki, rast gəlməmişəm. Həyat davam edir və Anar da tarixin bir hissəsidir".
Əməkdar artist, mərhumun ən yaxın dostlarından biri olan aktyor Tahir İmanov da bu gün Anar Məmmədxanovu yad edib: "Anar Məmmədxanov ömrümün axırına qədər əvəzolunmaz kapitanım olacaq. Onun bizim həyatımızda çox böyük rolu olub. Elə bir KVN-çi, komanda üzvü yoxdur ki, onun həyatında Anarın izi olmasın. Kimisi işə düzəldib, müxtəlif məsləhətlər verib və onlar indi vəzifədədirlər. İndiyə qədər onun bizə qoyduğu ən böyük töfsiyyə odur ki, harda olmağımızdan aslı olmayaraq, bir məqamı unutmamalıyıq. Biz xaricdə Azərbaycanı təmsil edirik. Hərdən bizə deyirlər ki, niyə siz rus dilində çıxış edirsiniz? Axı biz özümüzü janrımızda təbliğ etməsək, kim bunu edəcək? Ona görə də belə mənasız tənqidlərə fikir vermirik. Biz nə qədər varıq Anar Məmmədxanovun qoyduğu qanunlarla çalışacağıq. Anar beynəlxalq KVN səhnəsində bir nömrə idi. Anarın yaratdığı komandanın bir çox üzvləri fəxri adlara layiq görülüblər, amma Anar bu dünyadan titulsuz ayrıldı. Anar yoxdur, amma onu mənəvi olaraq əvəz edən Bəhram Bağırzadə var. Hər kəs onu "Ayradromlu oğlan" adı ilə tanıyır. Bəhram bu gün Əməkdar artistdir, amma dünənin uşaq-muşağı Xalq artistidir. Gərək, sağlığında qiymət verilsin. Biz ancaq öləndən sonra kiməsə orden veririk, AzTV-də ona həsr olunan şablon verilişlər hazırlanılır, digər telekanallarda ulayıb zarlıyırlar. Bu adət-ənənəni kimsə qırmalıdır".
Qeyd edək ki, bu gün mərhum Anar Məmmədxanlının anadan olmasının 50-ci ildönümüdür.
Sevda Bayramova