Bakıda gənc oğlanı avtomobil vurdu
    • 22-07-2020, 09:25
    • 561

Bakıda gənc oğlanı avtomobil vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

News24.az əbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

1999-cu il təvəllüdlü Əliyev Orxan Elxan oğlu metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında yolu qarşı tərəfə keçmək istəyib. Bu zaman onu minik avtomobili vurub. O, sınıq xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır./APA/