-
- 23-07-2020, 15:04
- 1 167
Sentyabrın 15-dən dərslər yenə online olacaq? TƏHSİL NAZİRLİYİ AÇIQLADI
Artıq növbəti tədris ili ilə bağlı müzakirələrin aparıldığı bildirilir. Sentyabrın 15-dən ali təhsil ocaqlarında və orta ümumtəhsil məktəblərində dərslərin online şəkildə keçiriləcəyi deyilir. Yalnız 1-3-cü sinif şagirdlərinin bir gündən bir növbəli şəkildə məktəbdə tədrisinə icazə veriləcək.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov News24.az-a bildirib ki, bununla bağlı təsdiq olunmuş qayda hələ ki yoxdur: “Növbəti tədris formasına necə başlayacağıq, hansı formadan istifadə edəcəyik, bununla bağlı hazırda müzakirələr aparılır. Bu ilk növbədə ölkədə sanitar-epidemioloji vəziyyətdən asılıdır. Ona uyğun da yeni tədris ili öncəsi fəaliyyət qurulacaq və bu fəaliyyət planı da ona uyğun aparılacaqdır”.
Afaq Mirayiq