“Hercai”nin ulduzu 500.000-dən İMTİNA ETDİ
    • 25-07-2020, 11:03
    • 713

“Hercai”nin ulduzu 500.000-dən İMTİNA ETDİ

“Hercai’’ serialı ilə məşhurlaşan türkiyəli aktrisa Ebru Şahin yeni bir reklam şirkətindən təklif alıb.

News24.az xəbər verir ki, qadın corab markalarından biri aktrisaya onların reklam siması olması üçün təklif göndərib. Reklam üçün 500 min TL (125 min manat) məbləği bəyənməyən  Ebru şirkətdən 1 milyon TL tələb edib. Aktrisaya 1 milyon TL vermək istəməyən şirkət onu reklama çəkmək fikrindən daşınıb.

Sevda Bayramova