"Vətən bir gün zəfər çalacaq" - ELDAR QASIMOV
    • 28-07-2020, 10:47
    • 524

"Vətən bir gün zəfər çalacaq" - ELDAR QASIMOV

"Bir azdan paylaşımlar dəyişəcək. Ciddi, vətənpərvər məzmunlu postlarımızı yeyib-içmək, həyat tərzini, gündəlik həyatımızı əks etdirən fotolar əvəzləyəcək. Və hətta bunlar artıq var...Belə olmalıdır. Həyat öz axarı ilə gedir".

News24.az xəbər verir ki, bu sözləri "Eurovision" qalibi, gənc müğənni Eldar Qasımov sosial şəbəkə hesabında deyib. Sənətçi bir müddət əvvəl hər kəsin sosial şəbəkədə paylaşdığı vətənpərvər fotoların artıq olmamasından gileylənib: "Biz bir millət olaraq çox şeyi unudub göz yumuruq. Səfeh deyilik. Bu, ürəyiyumşaqlığımızdan və mehribançılığımızdan irəli gəlir. Həddindən artıq dərəcədə rəhimliyik. Fərq etmir nə paylaşırsan, hardasan, necə əylənirsən, iş başında şəkil çəkirsən, sevinclisən, kədərlisən...Həqiqətən də fərq etməz. Əsas odur ki, Qarabağ, işhal mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir. Onu hər addımda və əməldə daşımalıyıq. Necə? Mariflənməliyik, inkişaf etməliyik, oxumalıyıq və güclənməliyik. Hər kəs işini vicdanla görsə, bir-birinə hörmətlə yanaşsa, vətənpərvərliyin nə olduğunu hiss edib, etdirəcəyik. Sizdən yoxdur...Haq-ədalət bizim tərəfimizdədir. Vətən bir gün zəfər çalacaq".

Sevda Bayramova