Azərbaycan-Türkiyə birgə təlimləri keçirilir - VİDEO
    • 30-07-2020, 12:46
    • 642

Azərbaycan-Türkiyə birgə təlimləri keçirilir - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.