Əlimlə işarə edərək "girmə" deyirdim - Növbətçi qəza anından DANIŞDI
    • 5-10-2018, 13:23
    • 1 002

Əlimlə işarə edərək "girmə" deyirdim - Növbətçi qəza anından DANIŞDI

Oktyabrın 1-i Xəzər rayonu, Binə qəsəbəsində baş verən dəhşətli qəza zamanı həmin gün növbədə olan keçid növbətçisi Qabil Rzayev danışıb.


O, açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb:

"Dejurnı" zəng edib dedi qatar gəlir. Mən də çıxıb şlaqbaumu bağladım və bayrağı əlimdə tutub dayandım ki, qatarı yola salım. Həmin vaxt 160 saylı marşrut avtobusu qatarı sol tərəfindən vuraraq yoldan çıxartdı, qatar mən dayanan "plaşatka"ya daxil oldu.


Mən avtobosun yüksək sürətlə gəldiyini gördüm, əlimlə işarə edərək "girmə" deyirdim, həmin vaxt mağaza sahiblərindən biri də avtobusun qabağına gedib yola girməməsini deyirdi. Qatar da keçidə çatmamışdan siqnal verə-verə gəlirdi".



//Real.tv