Keçmiş CIA rəsmisindən Beyrut partlayışı ilə bağlı - ŞOK açıqlama
    • 5-08-2020, 17:30
    • 1 198

Keçmiş CIA rəsmisindən Beyrut partlayışı ilə bağlı - ŞOK açıqlama


Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəsmisi Beyrut partlayışı ilə bağlı bir sıra açıqlamalar verib. 


News24.az xəbər verir ki, Robert Ber partlayışın ammonium nitratla birbaşa əlaqəli olduğunu deyib.

O, əlavə edib ki, partlayışa səbəb olan tək nüans bu, deyil. Onun sözlərinə görə, partlayışın digər səbəbi Beyrut limanının anbarında saxlanılan hərbi sursatdır.

Ber hesab edir ki, partlayış zamanı ortaya çıxan narıncı alov orada hərbi sursatın olduğunu açıq şəkildə göstərir.

Mütəxəssis qeyd edib ki, bu hadisədə düşündürücü suallardan biri də budur ki, həmin hərbi sursat niyə orada saxlanılırdı?!