Azərbaycanda məktəb yandı
    • 7-08-2020, 09:19
    • 475

Azərbaycanda məktəb yandı

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonunun Cəfərli kəndində, orta məktəb binasında baş verib.

Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/