Şahmar Mövsümov:
    • 8-08-2020, 11:37
    • 685

Şahmar Mövsümov: "Sanki insanlar mövcud təhlükəni dərk etmir"

“Çox sayda insanın kütləvi şəkildə bir yerə yığışması yoluxmaları artırır”.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu gün sanki insanların mövcud təhlükəni dərk etmədiyinə dair bir hiss yaranır: "Hələ kafelər, restoranlar, bütün mağazalar açılmayıb. Amma çox sayda insanın kütləvi şəkildə karantin qaydalarına əməl etmədən küçələrə axışmasını müşahidə edirik. Biz buna çox davam edə bilməyəcəyik. Burada artıq hökuməti günahlandırmaq olmaz. Biz istəmirik insanları evə qapadaq. Amma qaydalara əməl edilməsə, yoluxmaların sayı kütləvi artacaq. Ona görə hamıdan xahiş edirəm ki, mümkün qədər kütləvi yığışmalardan çəkinək, məsafə saxlayaq, maska taxaq”.