BNA sözçüsü: Sürücülər arasında koronavirusa yoluxanlar var -
    • 10-08-2020, 15:30
    • 607

BNA sözçüsü: Sürücülər arasında koronavirusa yoluxanlar var - "BakuBus"un qarajında...

“Sürücülər arasında yoluxma halı baş verib, amma kütləvi hal almayıb”. 

Bunu News24.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev deyib.

BNA sözçüsü bildirib ki, sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün  müvafiq tədbirlər görülüb. Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir.

Sürücülərin və digər personalın sağlamlığının qorunması üçün “BakuBus”ın qarajında dezinfeksiya tuneli qoyulub. Hər gün “Bakubus”lara texniki baxış həyata keçirilir və sürücülərə maskalar verilir. Həmçinin, qarajda müxtəlif yerlərdə dezinfeksiyaedici məhlullar mövcuddur”.