Sumqayıtda mağazada YANĞIN
    • 11-08-2020, 09:14
    • 476

Sumqayıtda mağazada YANĞIN

Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan mağazanın sanitar otağında hava təmizləyici qurğu və su sayğacı yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.