ABŞ yenə qarışdı - VİDEO
    • 11-08-2020, 09:46
    • 381

ABŞ yenə qarışdı - VİDEO

Bu gecə Amerikanın Çikaqo şəhərindəki iğtişaşlar, qarışıqlıqlar və soyğunlar dalğası baş qaldırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzəbli şəhər sakinləri polisləri atəşə tutan qarətçinin öldürülməsindən bir neçə saat sonra küçələrə çıxıblar.

Onıar ən böyük ticarət mərkəzlərinə hücum etdiblər, dükanların şüşələrini sındırıblar, vitrinləri dağıdıblar və mağazalardan oğurluq ediblər.

İzdihamlar mübarizə üçün onlarla təhlükəsizlik işçisi çıxıb. Polis şəhər mərkəzini bağlamalı və bütün körpüləri qaldırmalı olub.

Hakimiyyət baş verənləri etiraz olaraq deyil, yalnız cinayət kimi qiymətləndirib.

Hüquq mühafizəçiləri artıq qarışıqlıqlarla əlaqəli 100-dən çox adamı saxlayıblar.