-
- 14-08-2020, 15:24
- 3 225
General-leytenant Əfqan Nağıyev niyə həbsdən buraxıldı? - Müşfiq Abbasov yazır
Bu günlərdə cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin həbsdən azad edilməsidir. Bir çoxları bunu qanunsuz adlandırdı, hətta bəziləri Əfqan Nağıyevin barəsində olan cinayət işinə xitam verildiyini, onun sərbəst buraxıldığını yazdı. Əslində dəyişən yalnız onun barəsində seçilmiş həbs qətimkan tədbiri idi. Həbs qətimkan tədbirinin dəyişdirilməsi isə cinayət işinə xitam verilməsi deyil. Yəni, istintaq əvvəlki qaydada davam edir.
Bəs həbs qətimkan tədbiri nədir?
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə həbs qətimkan tədbiri qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi qətimkan tədbiridir. Bu qətimkan tədbiri təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndikdə, proses iştirakçılarına qanunsuz təsir göstərdikdə, iş üçün əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla istintaqın və ya məhkəmənin gedişinə mane olduqda, yenidən cinayət törətmək və ya cəmiyyət üçün təhlükə yaratdıqda, istintaq orqanının çağrışına üzrlü səbəblər olmadan gəlmədikdə və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdıqda, məhkəmə hökmünün icra edilməsinə maneə törətdikdə müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında yalnız məhkəmə tərəfindən seçilir.
İstintaq dövründə təqsirləndirilən şəxsin barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz oluna bilər. Həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi müdafiə tərəfinin müraciəti və ya məhkəmənin öz təşəbbüsü ilə ola bilər. General-leytenant Əfqan Nağıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən həyata keçirilmişdir. Bu zaman məhkəmə onun səhhətini, ailə vəziyyətini və sair halları nəzərə alır. Ev dustaqlığı həbsə alternativdir və ev dustaqlığında olmanın bir günü gələcəkdə təqsirləndirilən şəxs, əgər azadlıqdan mərhumetmə cəzasına məhkum olunarsa həmin cəzanın bir gününə bərabərdir.
Həbsdən ev dustaqlığına buraxılmış şəxsin üzərinə müəyyən vəzifələr qoyulur.
Azərbaycan Respublikası CPM-nin 163.3-cü maddəsinə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.
Həmçinin məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilə bilər:
1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;
2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;
3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;
4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;
5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.
Odur ki, general-leytenant Əfqan Nağıyevin barəsində ev dustaqlığının seçilməsi məhkəmənin səlahiyyətindədir. Qətimkan tədbiri məhkəmə hökmü demək deyil. Əgər onun əməli istintaq tərəfindən sübut olunarsa cinayət işi baxılması üçün hərbi məhkəməyə göndəriləcək. Ev dustaqlığında olan şəxslərin sonda məhkəmə hökmü ilə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin dəfələrlə şahidi olmuşuq. Əfqan Nağıyevin cinayət işinə də sonda Bakı Hərbi Məhkəməsi baxacaq. Qismət olsa, yaşayıb görəcəyik...
Müşfiq Abbasov