Sosial məsafə və gigiyena qaydaları tədris ili üçün də keçərli olacaq
    • 17-08-2020, 18:20
    • 754

Sosial məsafə və gigiyena qaydaları tədris ili üçün də keçərli olacaq

"Bakı şəhərindəki məktəblərin böyük əksəriyyətində mindən çox şagird təhsil alır. Tədris ili ilə bağlı Operativ Qərargah və ÜST-ün tələb və təklifləri nəzərə alacaq. Sosial məsafə və gigiyena qaydaları tədris ili üçün də keçərli olacaq".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, Bakı şəhərində də hibrid təhsil mümkündür. Burada prinsipial məsələ qəbul olunmuş qaydalara uyğun təhsili reallaşdırmaqdır.