"Şagirdlərlər üçün tələb olunur ki, hibrid təhsilə yönəlsinlər" - Vəfa Yaqublu
    • 17-08-2020, 18:17
    • 1 031

"Şagirdlərlər üçün tələb olunur ki, hibrid təhsilə yönəlsinlər" - Vəfa Yaqublu

"Məktəbəqədər təhsillə bağlı iki seçim ön plana keçir. Bizim ən problemli yerimiz ümumi təhsildir".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, ümumi təhsil həm təhsil verənlər, həm də təhsil alanlar üçün önəmli məsələdir:"Həm sarı, həm də narıncı regionda olan şagirdlərlər üçün tələb olunur ki, hibrid təhsilə yönəlsinlər. Biz dərsləri real və virtual fənlərə bölmək üçün tədris planları hazırlamışıq. Bu hazırda müzakirə mərhələsindədir. Hər iki variant bizim arzu etmədiyimiz variantlardır. Hər birimizin arzusu budur ki, məktəblər açılsın və ənənəvi formada təhsilə davam edək".