Qoçaq Əsgərov pandemiya dövründə yüksək qonorar qazanan İLK SƏNƏT ADAMI OLDU - FOTO
    • 18-08-2020, 12:35
    • 3 130

Qoçaq Əsgərov pandemiya dövründə yüksək qonorar qazanan İLK SƏNƏT ADAMI OLDU - FOTO

Azərbaycanın əməkdar artisti pandemiya dövründə sənəti ilə yüksək qonorar qazanan ilk sənətkar oldu. Belə ki, azərbaycanlı xanəndə avqustun 22-23-də Nyu-Yorkda keçiriləcək "Totem" Heart and Mind Festivalından təklif alıb.

News24.az xəbər verir ki, təşkilatçılar təklifi birbaşa Q.Əsgərova ünvanlayıblar. YUNESKO-nun eksperti, alim-musqişünas Sənubər Bağırova isə xanəndənin festivalda iştirakı üçün dəstəyini əsirgəməyib. Nəzərdə tutlan tarixdə xanəndə 1 saatlıq online konsert proqramı ilə çıxış edəcək. O, "Şüştər", "Şur" muğam kompazisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirəcək. Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət edəcəklər.

Qeyd edək ki, online konsertin biletləri artıq satılıb və azərbaycanlı xanəndəyə yüksək qonorar təqdim edilib. Konserti 10 mindən çox insan izləyəcək və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı veriləcək. 

Onu da bildirək ki, konsert Dövlət Televiziyası tərəfindən işıqlandırılacaq. Bu missiyanı AzTV-nin əməkdaşı Lamiyə Ələkvərova öz üzərinə götürüb.