-
- 6-10-2018, 12:32
- 958
“Camaat xəstəliyə tutulur” – İşini yola verən təmizlik keşikçiləri – VİDEO – FOTO
Zibilin daşınmaması bir dərddirsə, daşınması ayrı bir problemdir.
ARB TV xəbər News24.az-a xəbər verir ki, əksər yerlərdə zibil qutuları elə şəkildə təmizlənir ki, geridə təmizlik yox, natəmizlik qalır.
Bəzən isə elə də olur ki, yol kənarında olan zibil qabları təmizləndikdən sonra əslində onun üçün ayrılmış yerinə qaytarılmır və elə yolun hərəkət hissəsinə qoyub çıxıb gedirlər. Bu isə hərəkətdə olan avtonəqliyyat vasitələri üçün əsl təhlükə mənbəyinə çevrilir. Təmizlik işçiləri gördükləri işi adlarına uyğun şəkildə həyata keçirmirlər. Bu cür problemə şəhərin bir çox yerlərində rast gəlmək mümkündür.
Sakin: «Elə ki, deyirik təmiz yığ, deyir biz yerə töküləni yığmırıq. Ancaq qabdakını yığırıq. 1 saat bundan qabaq bir dənə böyük maşın gəldi, zibili yığdı, suyu axa-axa evimin yanından getdi».
Yaşayış evlərinin yaxınlığında qablara yığılan məişət tullantılarının daşınmasını həyata keçirən təmizlik işçiləri gördükləri işi başdan sovdu, necə gəldi icra edirlər. Niyəsini soruşduq və cavab belə oldu:
«Səliqəli yığırıq da. Bundan da səliqəli? Tərtəmiz edirik».
Sakin: «Camaat xəstəliyə tutulur. Onsuz da payızdı, xəstəliklər artıb, bu da buradan xəstələndirir».
Sakin: «İki gündür bu vəziyyətdədir. Üfunət qoxusu binadadı. Nəzarət edən yoxdur, bilmirik kimə deyək».
Əslində ürək bulandıran bu mənzərənin həlli elə də çətin deyil.
Nüsrət Qasımov — Ekspert: «Kommunal xidmətlər buna nəzarət etməlidir. Zibil gecələr daşınmalıdır. Çünki, nəqliyyatın, əhalinin hərəkətinə maneə yaradır zibil maşınları. Qayda-qanun olmalıdır, əlcəklər olmalıdır. Xüsusi geyimlər olmalıdır. Yerə tökülən zibilləri özləri götürüb maşına atmalıdırlar ki, küçədə üfunət iyi qalmasın».