Bakıda mənzildə meyit tapılıb
    • 19-08-2020, 16:39
    • 754

Bakıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Hüseynova Elmira Əlibaba qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.