Sumqayıtda mənzildə kişi meyiti tapılıb
    • 27-01-2020, 13:25
    • 780

Sumqayıtda mənzildə kişi meyiti tapılıb

Sumqayıtda mənzildə meyit tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Yejov Aleksey Oleqoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.