Navalnıyın təyyarədəki görüntüləri yayıldı - AĞRI İÇİNDƏ... - FOTO - VİDEO
    • 20-08-2020, 11:55
    • 441

Navalnıyın təyyarədəki görüntüləri yayıldı - AĞRI İÇİNDƏ... - FOTO - VİDEO

Zəhərlənərək xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilən və komada olan Rusiyanın müxalifət lideri Aleksey Navalnıyın təyyarədə çəkilən görüntüləri yayımlanıb.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüntüləri yayan bloqer bildirib ki, A.Navalnıy əvvəlcə tualetə gedib, geri döndükdən sonra isə ağrıdan qışqırmağa başlayıb. 

Bloqer həmçinin müxalifət liderinin təyyarəyə minməmişdən öncə hava limanında çay içdiyi fotonu da paylaşıb.

Qeyd edək ki, hadisə Tomskdan Moskvaya uçan zaman yaşanıb. Aleksey Navalnıy özünü pis hiss etdiyi üçün təyyarə Omska təcili eniş edib.

Aleksey Navalnıy huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Vurğulanıb ki, A. Navalnıy səhər ancaq çay içib.

Onun çayına qatılan maddədən zəhərləndiyi ehtimal edilir.