-
- 21-08-2020, 10:30
- 1 333
"Onu ömrünün sonuna qədər itirməmək üçün çabalayıram" - XURAMAN ŞUŞALI - FOTOLAR
Müğənni Xuraman Şuşalı ailə qurmasının on illiyini qeyd edir.
News24.az xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkədə status yazıb: "Ən çətin sahib olunan şey gözəl və hüzurlu bir yuvadır. Ən asan dağılan şey də yuvadır. Onu fırtınadan, yağmurdan, çirkabdan, palçıqdan qorumaq üçün ona sahib çıxmağı bilmək lazımdır. Ailəyə düşkünlüyümüz nə qədər çox olarsa, övladımız da bizə o qədər düşkün olar. Ailədən nə qədər çox sevgi alıb, paylaşarıqsa, uşaqlarımız da ətrafa o qədər sevgi yansıdar. Həyatda ən dəyərli şey nə pul, nə mal, nə mülkdür. Sahib olduğumuz tək dəyərli şeyin ailə olduğunu bilib, onu itirməmək üçün əlimizdən gələni əsirgəməriksə, gerçək ailəyə sahib ola bilirik. Dünyanın ən çətin və gözəl hissinin, bu qədər möhtəşəm bir duyğusunun içində yaşayanlar, onu ömrünün sonuna qədər itirməmək üçün çabalayarlar. Allah hər kəsə sağlam, bütöv və gerçək ailə olmağı nəsib etsin, ailəsi olmayanlara da ailə olmaq qismət olsun. Çünki ailə həm də ibadətin yarısıdır, digər yarısı isə çalışmaqdır".
Sevda Bayramova