“Ancaq axmaqlar bütün günü göz önündə ola bilər, amma əsl sənətçi...” - SAMİR BAĞIROV
    • 21-08-2020, 23:41
    • 1 490

“Ancaq axmaqlar bütün günü göz önündə ola bilər, amma əsl sənətçi...” - SAMİR BAĞIROV

“Sentyabrın sonuna doğru yeni klipimi təqdim etməyi düşünürəm. Mahnımız hazırdır, ekran işi də, bu yaxınlarda lentə alınacaq”.

Bu sözləri bu gün doğum gününü qeyd edən müğənni Samir Bağırov News24.az-a açıqlamasında deyib. O, bildirib ki, bu yaxınlarda yeni işləri ilə sevənlərinin qarşısına çıxacaq: “Çoxlu yeni mahnılarım və layihələrim olacaq, amma indidən onlar haqda çox məlumat verməyəcəm. Ümumiyyətlə Samir Bağırov qayıdır ifadəsi məni çox qıcıqlandırır, çünki mən heç yerə getməmişəm. Düzdür, müəyyən vaxtlar yox idim, o da yaradıcı insan üçün çox normal haldır. Məncə əsl sənətçi bütün günü göz qabağında olmamalıdır. Ancaq axmaqlar bütün günü hər yerdə görünə bilərlər, amma istedadlı insanlar heç görünməsələr belə onlar unudulmayacaqlar. Ona görə də istedadlı insanlar tənbəllik edə bilərlər. O ki, qaldı doğum günümə. Bu haqda ancaq onu deyə bilərəm ki, mənim üçün doğum günlər qalıb keçmişdə, yəni uşaqlığımda. Mənim üçün ad günü elə işimdir”.

Sənətçi arıqlamasından da söz açıb: “Artist hər zaman formada olmalıdır. Xarici görüntü pis olanda, məncə bu birbaşa dinləyicisinə qarşı hörmətsizlikdir. Karantin dövrü arıqlamaq üçün əsl vaxtı idi. Onu da deyim ki, mən ağlımla yox, ürəyimlə yaşayan insanam”.

Sevda Bayramova