Niyə başqalarının xoşuna gəlmirik? - 5 XÜSUSİYYƏT
    • 27-08-2020, 11:24
    • 569

Niyə başqalarının xoşuna gəlmirik? - 5 XÜSUSİYYƏT

Niyə bəziləri diqqətə layiq olmaq üçün əllərindən gələni etməli, bəziləri isə çox səy göstərmədən həmişə dostları və pərəstişkarları ilə əhatə olunur?

News24.az xəbər verir ki, psixoloqlar ətrafdakı insanların qarşısındakı şəxsdə ən çox qiymətləndirdiyi məqamları açıqlayıblar:

1. Yuxusuzluq

Yuxusuzluq özünü pis hiss etmək və bioloji ritmlərin pozulması ilə yanaşı, insanın xarici görünüşünə də zərər verir. Başqalarının nəzərində xroniki yuxu çatışmazlığı olan bir insan cazibədar görünmür. Bu da şüuraltı səviyyədə qarşı tərəfin etibarını qazanmaqda əngəl yaradır.

Qırmızı gözlər, gözaltı qaraltılar isə heç kimə yaraşmır. 

2. Utancaq olmaq

Əgər siz utancaq təbiətəli birisinizsə, bu, digər insanların gözündə cəlbediciliyinizi avtomatik itirəcəyiniz demək deyil. Bədən diliniz burada daha vacib bir rol oynayır.

Fotolar üzərindən aparılan araşdırmada insanların daha sərbəst şəkildə olduğu görüntülər izləyənləri cəlb edib. Lakin bir insanın başını aşağı saldığı, qollarını sinəsinə çarpaz tutduğu və s. olduğu fotoşəkillər daha az cəlbedici olub. Bu isə bədən dilinin cəlbedicilik kontekstində hələ də vacib olduğunu önə çıxarır.

3. Yumor hissinin olmaması

Yumor hissi olmadığına görə, işdən qovulmayacaqsınız və dostlarınızın sizə sevgisi azalmayacaq. Bu xüsusiyyət romantik münasibətlər, sevgili tapmaq üçün olduqca vacibdir. Psixoloqlar zarafat edə bilməməyin və ya yumor hiss olmayanın potensial sevgilinizin gözündə sizi daha az cəlbedici etdiyinə inanırlar. Üstəlik bu vəziyyətdə kişi və ya qadın olmağın heç bir üstünlüyü yoxdur. 

4. Qəzəblilik və dürüst olmamaq 


Çinli və amerikalı alimlər oxşar tədqiqatlar aparıblar. Qarışıq auditoriyaya müxtəlif insanların fotolarını göstəriblər. Ən sonuncu və bəyənilməyənlər arasında məhz qəzəbli, nadürüst olmayanlar yer alıblar. 


5. Qürur və xoşbəxtlik

Psixoloqlar 2011-ci ildə maraqlı bir nəticəyə gəliblər. Kişilər xoşbəxt, gülərüzlü qızları daha cəlbedici hesab edir, qürurlu qadınları isə əlçatmaz və çox təkəbbürlü görürlər. Bu da daha az cazibədar olduqları deməkdir.

Qadınlarda isə bu vəziyyət tam fərqlidir. Onlara gülərüz kişilər daha az cazibəli görünür. Qürurlu, soyuq və əlçatmaz görünən kişilərə üstünlük verirlər. Ən azından ilk baxışdan.

Teymur Məmmədov