Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri barəsində cinayət işi başlanmayıb - BAŞ PROKURORLUQ
    • 28-08-2020, 15:19
    • 481

Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri barəsində cinayət işi başlanmayıb - BAŞ PROKURORLUQ

Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparırılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

News24.az xəbər verir ki, qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb. O cümlədən bu məsələ ilə bağlı hər hansı bir istintaq aparılmır.

Ədalət Dadaşov APA-ya açıqlamasında hazırda evində dincəldiyini bildirib.