Türkiyədə dərslər başladı - Nazir ilk zəngi çaldı, amma... - VİDEO
    • 31-08-2020, 10:58
    • 394

Türkiyədə dərslər başladı - Nazir ilk zəngi çaldı, amma... - VİDEO

Türkiyədə bu gündən yeni tədris ilinə start verilib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2020-2021 dərs ilinin ilk zəngini Təhsil naziri Ziya Səlçuk çalıb.

Nazir qeyd edib ki, bu gün xüsusi gündür və dərs proqramı tam hazırdır. Z.Selçuk vurğulayıb ki, tədris ili sentyabrın 18-nə qədər onlayn davam edəcək. Həmin tarixdən sonrası üçün isə plan hazırlanır. 

O, valideynlərə müraciət edərək evlərdə uşaqlar üçün xüsusi zonaların ayrılmasını istəyib.

Teymur Məmmədov