Aşan krana görə paytaxtın bu prospektinə giriş BAĞLANDI
    • 4-09-2020, 14:52
    • 441

Aşan krana görə paytaxtın bu prospektinə giriş BAĞLANDI

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik