-
- 9-09-2020, 17:33
- 1 311
Hacı Nuran bu dəfə qarmon ifa ETDİ - VİDEO
Teleaparıcı Hacı Nuran musiqi bacarığını nümayiş etdirib.
News24.az xəbər verir ki, o, "Sarı gəlin" xalq mahnısını ifa edən solist Məhərrəm Nəsibovu qarmonda müşayiət edib. O, ifasını sosial şəbəkədə paylaşaraq bunları yazıb: "Saçın ucun hörməzlər... Gülü sulu dərməzlər, Sarı gəlin... Bu xalq mahnısını sevməyən varmı görən?... Hər qulaq asdığımda kövrəldiyim, hər dinlədiyimdə məni məndən alan bir melodiyadır bu... Mənim musiqi ilə tanışlığım uşaqlıqdan başlayıb. Notları öyrənməyə başlayan kimi ilk ifa etdiyim mahnı da “Sarı gəlin” olub. Pianonun şirmayi dillərində ifa etdiyim o “Sarı gəlin” sanki hər notdan nota dəyişir, mənə daha da doğmalaşırdı. İllər keçdi, amma mənim “Sarı gəlin” sevdam heç səngimədi. "HN qrupu" ilə tanış olduqdan sonra ilk çalmaq istədiyim mahnılardan biri də məhz “Sarı gəlin” oldu. Hərçənd olduğum bütün məclislərdə, getdiyim yerlərdə, bir sözlə, harda royal varsa, orda mənim ifamda mütləq bir “Sarı gəlin” ifası olmalıydı. Bu ifa bu dəfə Ağstafada ucaldı. Amma bu dəfə çox sevdiyim akkordeonda... Qrup üzvlərinin xahişini yerə sala bilmədim. Bu dəfə akkordeonun şirmayi tellərinə sığal çəkdim, bir “Sarı gəlin” harayı süzüldü Ağstafa Mədəniyyət Mərkəzinin pəncərələrindən... Bilmirəm bu dağların havasından, suyundan idi... Nədisə, bu dəfə bu xalq mahnısını bir başqa cür ifa etdim".
Sözügedən ifanı təqdim edirik:
Sevda Bayramova