İsmayıllıda 3 otaqlı ev yanıb
    • 13-09-2020, 10:27
    • 583

İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayillı rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.