Günay baş tutmayan yayla belə vidalaşdı - FOTOSESSİYA
    • 14-09-2020, 15:35
    • 984

Günay baş tutmayan yayla belə vidalaşdı - FOTOSESSİYA

Müğənni Günay İbrahimli yeni fotosessiya etdirib. 

News24.az xəbər verir ki, yaxtada baş tutan fotosessiyanın müəllifi fotoqraf Niko Abbasovdur.

Günay İbrahimli yeniliyi ilə bağlı danışarkən bildirib ki, çəkiliş təklifi fotoqraf tərəfindən irəli sürülüb: “İdeyanın müəllifi özüməm. Əslində hər mövzuda fotosessiyam olub. Amma məhz yaxtada çəkiliş etməmişdim. Düşündüm ki, havalar nə qədər soyumayıb, belə bir iş görək. Bu həm də komandamın işidir. Buna görə də əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

G.İbrahimli fobiyalarından da söz açıb: “Üzə bilsəm də dənizə qarşı fobiyam var. Amma ən böyük qorxum hündürlükdür. Yüksəkdən aşağı baxa bilmirəm”.