Nazirlik dönər biznesi ilə məşğul olan sahibkarlara dəstək göstərəcək
    • 15-09-2020, 11:56
    • 617

Nazirlik dönər biznesi ilə məşğul olan sahibkarlara dəstək göstərəcək

“Dönər biznesi ilə məşğul olan sahibkarlıq obyektlərinin sağlamlaşdırılması layihəsi çərçivəsində həmin obyektlərinin lazımi avandanlıqlarla təmin olunması nəzərdə tutulur”.

News24.az xəbər verir ki, bunu onlayn mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin direktoru Hacı Əliyev deyib.

O bildirib ki, Nazirliyin hazırda özünəməşğulluq proqramı var: “Bu proqram çərçivəsində də layihədə iştirak edən sahibkarlara dəstək nəzərdə tutulur. Eyni zamanda həssas qrupların layihə çərçivəsində əmək müqaviləsi ilə iştirakı həyata keçiriləcək. Birgə aparılan layihələr spesifik qruplara hədəfləndiyi üçün layihənin effektivliyinin yüksək olacağını düşünürük”. /APA/