-
- 17-09-2020, 12:25
- 575
İkinci mərtəbədən yıxılıb öldü
Astarada bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, Astara rayonunun Suparibağ kənd sakini, 1972-ci il təvəllüdlü Əsgərova Vəfa Məmmədrahim qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Ağır dərəcəli bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo/