-
- 18-09-2020, 13:44
- 873
l Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və musiqi xadimlərinin məzarları ziyarət edildi - FOTO
Milli Musiqi günü münasibətilə ilə mədəniyyət və incəsənət xadimləri l Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.
News24.az xəbər verir ki, mərasimdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və başqaları iştirak ediblər.
A.Kərimov bildirib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin böyük rolu var. O, Azərbaycan xalqının mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, "Qafqazın konservatoriyası" adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyət bir çox ünsürlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz musiqisində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Onu rəhbərliyi əsasında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb. Üzeyir bəyin mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandmeiyaya görə biz bu festivalı keçirməyə qadir deyilik. Buna baxmayaraq festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik. Bu gün həm də bəstəkar Müslüm Maqomayevin yubileyidir. Üzeyir Hacıbəyli M. Maqomayevi əsl xalq ruhlu, yenilikçi sənətkar hesab edirdi. O özünə xas əsərlər yaradıb".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini bildirib: "Onun birinci nüsxəsi I Vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Çünki Mehriban xanım uzun illərdir davam edən "Üzeyir dünyası" nəşrinin təsisçisi, sponsoru və ilhamverici gücüdür. Bəstəkarlar ittifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqilərini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq".
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də çıxış edərək dahi bəstəkar haqqında ürək sözlərini deyiblər. Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirilib. Sonda Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər. /APA/