-
- 11-10-2018, 18:00
- 6 217
Gənc yaşda vəzifəyə gəlib, elə gənc də gedənlər - SİYAHI
Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv edildi. Bununla qurumun baş direktoru Rüfət Aslanlı vəzifəsini itirmiş oldu.
Bu sərəncamdan sonra millət vəkilləri, ictimaiyyət fəalları keçmiş baş direktoru vəzifədən sui-istifadə etməkdə, öz adına şərab buraxdırmaqda və aylıq özünə 65 min maaş yazmaqda itiham etdilər.
Sonradan etimadı itirən keçmiş məmurlarla bağlı araşdırma aparıb. Araşdırma zamanı gənclik illərində vəzifəyə təyin olunub, sonradan azad edilən, son dövrlər isə yenidən yüksək vəzifəyə təyin olunan məmurlar da diqqətdən kənarda qalmayıb.
Bir neçə gün öncə vəzifədən azad edilən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasib-iqtisadçı kimi başlayan R.Aslanlı son təyinata qədər Mərkəzi Bankda Baş direktor, İdarə Heyəti sədrinin müavini, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Elnur Abdullayev üç il öncə vəzifədən azad edilib. Son vəzifə təyinatına qədər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə rəhbərlik edib. Hazırda Türkiyənin "Haber Global” televiziya şirkətinin İdarə Heyətinin sədridir.
Prezident Adminstrasiyası Beynəlxalq Əlaqələr şöbəsinin sabiq müdir müavini Rauf Hüseynov hazırda Dubayda bizneslə məşğuldur. ABŞ-ın dünyaca məşhur "Harvard” Universitetinin məzunu olan R.Hüseynov bir müddət Ulu Öndər Heydər Əliyevin şəxsi tərcüməçisi olub.
Bir zamanlar İqtisadi İnkişaf nazirləri olmuş Fərhad Əliyev və Heydər Babayevin müavini olan Mikayıl Cabbarov 2009-cu ildə bu vəzifədən azad edilib. Bundan sonra "İçərişəhər” qoruğuna rəhbərlik edən M.Cabbarov sonradan Təhsil naziri və Vergilər naziri kimi yüksək postlara irəli çəkilib.
Bir zamanlar "Azəravtoyol" Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyən Cavid Qurbanov1994-cü ildə 36 yaşında bu vəzifədən azad edilib. Sonradan Milli Məclisin deputatı, "Azəryolservis" ASC-nin sədri olan C.Qurbanov hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədridir.
Bir zamanlar Təhsil nazirinin müavini işləyən Elmar Qasımov sonradan bu vəziufədən azad edilsə də, yenidən önə çıxmağı bacarıb. Bir müddət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri işləyən E.Qasımov hazırda Bakı Ali Neft Məktəbinin rektorudur.
// azxeber.com