"Ailənizin kişilərinə hörmət edin" - AYNİŞANIN ƏRİ
    • 23-09-2020, 18:43
    • 488

"Ailənizin kişilərinə hörmət edin" - AYNİŞANIN ƏRİ

"30 ildir ki, müharibə şəraitində yaşayan ölkəyik, ona qalsa, bizim üçün hər gün matəmdir. Burada foto paylaşıb-paylaşmamağın heç bir əlaqəsi yoxdur. Şərhi yazanda, sadəcə, onu anlayın ki, düşmənə yazmırsınız. Mən də azərbaycanlıyam və bu ölkə, həm də mənimdir. Buna görə lazım olsa, savaşaram. Amma burada yersiz ağıl verməyiniz məntiqsizdir".

News24.az xəbər verir ki, bu sözləri bloqer Aynişan Quliyevanın həyat yoldaşı, idmançı Kənan Əliyev sosial şəbəkədə yazıb: "Bu günə kimi bəzilərinin yazdığı təhqir və tənqidlərə heç vaxt cavab verməmişəm. Ona görə yox ki, veriləsi cavabım yoxdur. Sadəcə, o səviyyəni özümə yaraşdırmamışam. İnanın ki, elə o səviyyədə, hətta daha betər cavab verə bilərəm. O zaman ümumiyyətlə, şərh yazmağa tövbə edərsiniz. Hər şeyin bir həddi-hüdudu var. Əsas da qadınlar, bir az ailənizi düşünün. Ailənizin kişi cinsindən olan nümayəndələrinə hörmət edin. Öz danışıq tərzinizlə bu qədər təhqir etməyin. Düşünməyin ki, şərhdir, yazdım, bitdi. Dəfələrlə şərh yazanları polis bölməsində görmüşük. Vallah, burada cəsarəti ilə lovğalanan elə insan olub ki, şikayət etməməyim üçün gözyaşı töküb. Sizi hörmətinizi qorumağa dəvət edirəm".

Sevda Bayramova