"Kim kimi "unfollow" etdi, kim kimin şəklini sildi, məncə, bu..." - AYNİŞAN CAVAB VERDİ
    • 13-08-2020, 13:38
    • 623

"Kim kimi "unfollow" etdi, kim kimin şəklini sildi, məncə, bu..." - AYNİŞAN CAVAB VERDİ

Bloqer Aynişan Quliyevadan yeni xəbər var.

News24.az xəbər verir ki, Quliyeva boşanma xəbərlərinə "İnstagram"da cavab verib: "Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Nə heç bir qalmaqala qarışmamışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni lahiyəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. "Instagram" və "Facebook" hesabımdan başqa heç bir hesabım yoxdur. O ki, qaldı kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”.

Sevda Bayramova